Evləndikdən sonra ilk dəfə danışdı - “Mega yengə”

evlendikden-sonra-ilk-defe-danisdi-
Oxunma sayı: 7056

May ayında evlənən məşhur ulduz Tarkanın həyat yoldaşı Pınar Dilek ilk dəfə jurnalistlərə müsahibə verib. “Qafqazinfo”nun türk mətbuatına istinadən məlumatına görə, Tarkanın yeddi günlük açıq hava konsertinin dördüncü gününü izləyən P. Dilek ön sırada yerini alıb. Jurnalistlərin  “sürpriz şəkildə evləndiniz, aylar sonra kameralar qarşısındasınız, nələr söyləyəcəksiniz?” sualına, “sürpriz deyildi, biz 5 ildir birlikdə idik, uzun zamandır davam edən münasibətimizi evliliklə nəticələndirdik” cavabını verib.

“Tarkan pərəstişkarı ilə evləndi” kimi xəbərlərə münasibət bildirən P. Dilek “yazıldığı kimi deyil, böyük bir eşqin nəticəsində evləndik, keçən müddəti sizə deyə bilmərəm, çox gözəl şeylər yaşandı” açıqlamasını verib.

Konsert üçün də həyəcanlı olduğunu söyləyən “meqa yengə” əlavə edib ki, Tarkanı bir azdan səhnədə görəcəyi üçün cox xoşbəxtdir: “Evlənmədən əvvəl də onu izləyərkən cox həyəcanlanırdım. Evləndikdən sonra da həyəcanım heç bitmədi. Duyğular hər zaman eynidir”.

“Evdəki Tarkan necədir?” sualına isə P. Dilek “çox təbii, çox incə, düşüncəli. Bayırda necədirsə evdə də eynidir” cavabını deyib.

“Həyat yoldaşınızla eyni mahnınız varmı?” sualına isə təzə gəlin, “var amma deyə bilmərəm” kimi fikir bildirib.

P. Dilek artıq küçədə hamının onu tanıdığını və şəkil çəkdirmək istədiklərini, bundan rahatsız olmadığını söyləyib.

Bir neçə ay öncə burnunda rinoplastika əməliyyatı etdirən P. Dilek gecə boyu nişan üzüyü və brilliyantları ilə də diqqət çəkib.  

Nigar

pinar
pinar