Fevralın 15-dən bağçalar da açılır

fevralin-15-den-bagcalar-da-acilir
Oxunma sayı: 4505

Azərbaycanda 2021-ci il 15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində (bağça) də tədris bərpa olunur. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb. 

Qeyd olunur ki, Bakı, Sumqayıt, Abşeron və digər regionlarda bağçalar hər gün işləyəcək.

Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə ənənəvi formada bərpa olunacaq.