Fidan Qəzza ilə bağlı danışıqlar aparmaq üçün ABŞ-yə gedəcək

fidan-qezza-ile-bagli-danisiqlar-aparmaq-ucun-abs-ye-gedecek
Oxunma sayı: 1319

Türkiyə xarici işlər naziri Hakan Fidan Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi ilə bağlı danışıqlar aparmaq üçün sabah ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə XİN məlumat yayıb.

Məlumatda, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının noyabrın 11-də keçirilən Fövqəladə Birgə Zirvə toplantısında Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya kimi ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibənin dayandırılması və daimi sülhün təmin edilməsi üçün beynəlxalq təşəbbüslərlə çıxış etmək vəzifəsinin verildiyi bildirilib.

Bu çərçivədə Fidanın bu ortaq diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün sabah Vaşinqtona səfər edəcəyi bildirilib.