Flora Kərimovanın tarixi evindən... - Fotolar

flora-kerimovanin-tarixi-evinden
Oxunma sayı: 15890

Ötən gün “Qafqazinfo”nun əməkdaşları Flora Kərimovanın qonağı olub. 

Maraqlı müsahibə ilə yanaşı, əməkdaşlarımız xalq artistinin illərdir yaşadığı evindən ilk dəfə görüntülər əldə edib.

Bəzi həmkarlarından fərqli olaraq, o, mənzilini mediaya göstərməyin tərəfdarı deyil.

Xalq artisti istəməsə də, fotoqrafımız Nuran fürsətdən istifadə edib sənətkarın yaşadığı evi tarixə həkk etməyi bacardı. 6 otaqlı mənzilinin hər tərəfi sanki onun həyatının bir parçasını əks etdirirdi. Hər otaqda bir tarix vardı…

Flora Kərimovanın mənzlini gəzməyə başladıq. Xalq artisti evinin divarlarını da özü düzəltdiyini deyib:

“Baxın, bu divarları 1978-ci ildə özüm düzəldirmişəm. Bu içki kolleksiyasını isə Zümrüdün rəhmətlik atası yığırdı. Gördüyünüz bu iki içkini isə alanda demişdi ki, birinin qızımın, digərini isə oğlumun toyunda açaram. Amma heç biri qismət olmadı, rəhmətə getdi”.

Elə bu zaman gözümüz əl işləri ilə hazırlanmış sandığa sataşdı.

Flora xanım sandığın tarixçəsindən bizə danışdı:

“Bu sandığı aktrisa Fatma xanım Təranə Musabəyə hədiyyə etmişdi. Mən də çəkilişdə olanda sandığı bəyənmişdim. Onların evi çox dəbdəbəlidir. Evə girən kimi bu sandıq gözümə deydi. Dedim ki, nə gəşəng sandıqdır. Çünki belə şeyləri sevirəm. Oturub verilişi çəkdik. Verilişdən çıxıb maşına mindim. Gördüm ki, sandıq artıq maşının içindədir”.

Məlum oldu ki, Flora xanımın da tacla şəkli varmış…

“Cavanlıqda bu tacı taxmışam. Elə bu tacdan sonra İlhamə tac xəstəliyinə tutuldu. Bu tac onu yuxusuz edib. Axırda çıxış yolu tapdı. Əslində bu tac deyil, saç aksessuarıdır. İlhamə bunu tac bilib. Şəkil çəkdirəndə anam mənə verdi ki, belə çəkdir”.

Evin ən dəyərli hissəsi Azərbaycan bayrağı ilə əks olunmuş işıqların pəncərəyə vurduğu bəzək idi. Biz gündüz xalq artistinin evində olduğumuz üçün bu gözəlliyi tam əks etdirə bilmədik.

“Qızım gələndə bu işıqlardan xeyli danışdı. Xaricdə həlləm-qəlləm evlərə qırmızı işıq qoyurlar. Orta pəncərədə də iki qırmızı işıq qoyulub. Dedi ki, bayırdan iki qrımızı işığı görüb deyəcəklər ki, həlləm-qəlləm evdi”.

Qeyd edək ki, xalq artisti Flora Kərimovanın geniş müsahibəsi gün ərzində “Qafqazinfo”da yayımlanacaq.

Elvin Elxan

Fotolar: Nuran