Füzuli Ələkbərov Bakıya yeni 7-seriya BMW gətirdi - Fotolar

fuzuli-elekberov-bakiya-yeni-7-seriya-bmw-getirdi
Oxunma sayı: 15089

“Improtex Motors” şirkəti öz sərgi-satış salonunda tam yeni 7-ci seriya BMW avtomobilinin təqdimatını keçirib.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, yeni 7-ci seriya BMW avtomobilinin qapalı təqdimatı 3 gün davam edəcək.

Qeyd edək ki, “Improtex Motors” şirkəti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur. Füzuli Ələkbərov 2013-cü ilin oktyabr ayında tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının başlıca səbəbi həmin ilin yanvar ayında İsmayıllıda baş verən iğtişaşlarla bağlıdır.