Gədəbəydə çobanı aparan selin görüntüləri - Video

gedebeyde-cobani-aparan-selin-goruntuleri
Oxunma sayı: 8265

Xəbər verdiyimiz kimi, ötən gün Gədəbəy rayonunda güclü yağış nəticəsində yaranan sel bir nəfərin ölümünə səbəb olub

“Qafqazinfo”nun məlumatına görə, bu gün sosial şəbəkələrdə Gədəbəydəki selin görüntüləri yayılıb.

Qeyd edək ki, hadisə rayonun Moruqlu kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Sadıqov Sahib qoyun otaran zaman sel onu aparıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.