Gəlinini maşınla vuran qayınata polisə təslim oldu - Yenilənib

gelinini-masinla-vuran-qayinata-polise-teslim-oldu
Oxunma sayı: 6692

Tərtərdə qayınata maşınla gəlinini vurub.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə rayonun Şixarx adlı məcburi köçkünlərin məskunlaşdığı qəsəbəsində baş verib. Hələlik şəxsiyyəti məlum olmayan kişi gənc gəlinini minik avtomobili ilə vurub. Kişinin hadisəni qəsdən törətdiyi deyilir.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. 

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

***

Tərtərdə gəlnini maşınla vuran kişinin kimliyi məlum olub.

O, Şuşa rayonundan məcburi köçkün Qara Şahvələdovdur. Q.Şahvələdov  rayon polis şöbəsinə gələrək könüllü təslim olub. O, ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmnində törətdiyini deyib.

Tural Hüseynli