General-leytenant Etibar Mirzəyev hadisə yerində

general-leytenant-etibar-mirzeyev-hadise-yerinde
Oxunma sayı: 5152

Xəbər verdiyimiz kimi, bu gün Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. 

“Qafqazinfo” xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerinə baş çəkib, ərazidəki vəziyyətlə maraqlanıb. Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Qeyd edək ki, hadisə onsəkkizmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş verib. İlkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə 1 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.