Generalın rəis qardaşı xidməti otağında özünü güllələdi

generalin-reis-qardasi-xidmeti-otaginda-ozunu-gulleledi
Oxunma sayı: 22570

Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi xidməti otağında intihar edib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında bu gün səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

S. Mirzəyev 2020-ci il iyun ayında təqaüdə göndərilib. 

Qeyd edək ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib. Onun bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. 

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də rəsmi məlumat yayıb.

Mətbuat Xidmətindan “Qafqazinfo”ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi Rahib Mirzəyev bu gün səhər saatlarında xidməti otağında tabel silahından istifadə etməklə intihar edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd