Gömrük Komitəsinin vəzifəli şəxsi intihar etdi

gomruk-komitesinin-vezifeli-sexsi-intihar-etdi
Oxunma sayı: 13274

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi intihar edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 13 iyul 2022-ci ildə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli Astara rayonu Rüdəkənar kəndində intihar edib.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.