Görüşləri təxirə salındı

gorusleri-texire-salindi
Oxunma sayı: 1911

“Rusiya və ABŞ arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit müəyyən müddətə təxirə salınıb”.

“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin xarici siyasət üzrə müşaviri Yuri Uşakov məlumat verib.

O açıqlamasında iki ölkə arasında bu mövzuda əlaqələrin davam etdiyini bildirib.

Uşakovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın görüşü müvəqqəti olaraq ertələnib:

“Sammit bir müddət təxirə salınıb, bu məsələ ilə bağlı təmaslar davam edir”.

Xatırladaq ki, Donald Tramp oktyabrın 16-da Vladimir Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlamışdı. Lakin daha sonra sammitin keçirilməsi dayandırılıb. Moskva və Vaşinqton bildiriblər ki, görüş yalnız münasib şərait formalaşdıqdan sonra baş tutacaq.