Gülbən Ergən Kırmızıgülə 15 il sonra “hə” dedi - Fotolar

gulben-ergen-kirmizigule-15-il-sonra-he-dedi
Oxunma sayı: 7373

Son vaxtlar müğənniliyi rejissorluğa dəyişən Mahsun Kırmızıgül 1 il 5 aydır ki, üzərində çalışdığı “Vezir parmağı” adlı tragikomediya filmini çəkməyə başlayıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, komediya janrında çəkilmiş dram filmində müxtəlif qadınların həyatından bəhs olunacaq.

İstanbul və Kapadokyada 5 həftə ərzində çəkiləcək filmdə 65 aktyor oynayacaq. Filmdə Ece Uslu, Suna Selen, Meral Çetinkatya, Yasemin Yalçın kimi aktrisalar, eləcə də müğənni Gülbən Ergən rol alacaq.

G. Ergən “Dadı” serialından 15 il sonra ilk dəfə filmlə izləyicilərin qarşısına çıxacaq.

Qeyd edək ki, M. Kırmızıgül bugünə qədər “Bəyaz mələk”, “Günəşi gördüm”, “Nyu-Yorkda beş minarə” və “Möcüzə” filmlərini çəkib.