“Güzəştli mənzillər”in satış sistemində problem yarandı - Yenilənib

guzestli-menzillerin-satis-sisteminde-problem-yarandi
Oxunma sayı: 10582

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən keçirilən "Güzəştli mənzillər"in satışı ilə bağlı sistemdə probemlər yaranıb.

"Qafqazinfo" xəbər verir ki, saat 11:00-da başlamalı olan seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər.

Hazırda yaranmışın çətinliklərin aradan qaldırılması üzrə iş aparılır.

“Qafqazinfo”nun yeni feysbuk səhifəsini buradan izləyin!

***

MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, satışın başlamasına bir müddət qalmış istifadəçi sayının çoxluğuna görə ASAN login sistemində problem yaranıb: "Hazırda problemin aradan qaldırılması üzərində iş gedir. Mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək".

***

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini Mehdi Cavadov bildirib ki, əvvəlki satışlarda olduğu kimi, MİDA ilə bir sıra testlər keçirilib: "Ən son test də bir neçə gün qabaq olmuşdu. Real sistem istifadəçilərindən qat-qat çox bir neçə ssenari ilə test olunmuşdu. Bütün testlər uğurlu olmuşdu. Lakin satışa təxminən 10-15 dəqiqə qalmış ASAN login üzərindən müşahidə olunan yüklülük vətəndaşların daha sonrakı addıma keçə bilməməsinə səbəb olmuşdu. Hazırda ilk təəssürat budur ki, orqanik olmayan xeyli sayda sorğular gəlib. Bunun səbəbini hələlik dəqiq demək mümkün deyil. Daha ətraflı ictimaiyyətə əlavə məlumat veriləcək".

Eldar Tanrıverdi