Hava ilə bağlı - Xəbərdarlıq

hava-ile-bagli
Oxunma sayı: 9265

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.