Hava şəraiti ilə bağlı xəbərdarlıq

hava-seraiti-ile-bagli-xeberdarliq
Oxunma sayı: 9949

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişiləcəyi haqda xəbərdarlıq edib. 

Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.