Həsrət bitdi... - Fotosessiya

hesret-bitdi
Oxunma sayı: 9730

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Bu gün səhər saatlarından etibarən sərəncamın icrasına başlanılıb, 213 nəfər məhkum əfv olunub.

Xəbəri rus dilində oxuyun: Шамси Самедзаде на свободе - Фото+Видео

Qeyd edək ki, sənədə əsasən, əfv olunmuş şəxslərdən 3 nəfəri əcnəbidir. Adı əfv siyahısına düşən şəxslər arasında jurnalist, bloqer və siyasi partiya üzvləri var. 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad edilib. Sərəncam 2018-ci ildəki Gəncə hadisələrində iştirak edən 20 nəfərə də şamil olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam ümumilikdə 213 nəfəri əhatə edib.

"Qafqazinfo"nun fotoqrafı Pərvin Zeynal Penitensiar Xidmətin 6 və 15 saylı cəzaçəkmə müəssisələrində, eləcə də Xidmətin Tibb müəssisəsində olub. Əfvə düşən şəxslərin azadlıqdan ilk dəqiqələrini təqdim edirik: