Huşsuz vəziyyətdə tapılan qız öldü

hussuz-veziyyetde-tapilan-qiz-oldu
Oxunma sayı: 6276

Beyləqan rayonunda küçədə huşsuz vəziyyətdə tapılan 18 yaşlı qız vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, rayonun Yuxarı Aran kənd sakini 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızı bu gün Beyləqan rayon Mərkəzi Xəstəxanasında vəfat edib. A.Quliyeva oktyabrın 7-də tapılıb xəstəxanaya aparıldığı gündən bəri komada idi.

Onun ağır kəllə-beyin travması aldığı, qıçında və çanağında sınıqlar olduğu üçün həkimlər vəziyyətini ağır qiymətləndirmişdi. Onun bədəni üzərində olan xəsarətlərin necə və kim tərəfindən törədilməsi hələ də araşdırılır.

A.Quliyeva bir dəfə evli olub və boşanıb. 

Tural Hüseynli