İki yaşlı uşaq arxa düşüb öldü - Yenilənib

iki-yasli-usaq-arxa-dusub-oldu
Oxunma sayı: 1708

Yevlaxda nəzarətsiz qalan azyaşlı arxa düşərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə rayonun “Qaraçılar məhəlləsi” adlanan ünvanında baş verib.

Məhəllə sakini olan 2024-cü il təvəllüdlü uşaq valideyin tərəfindən nəzarətsiz qaldığından yaxınlıqdan keçən arxa düşərək boğulub.

Ailə üzvləri hadisədən xəbərdar olanda artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Yevlax Rayon Mərkəzi Xəstəxanasından saytımıza bildirilib ki, 11.03.2026-cı il tarixində saat 13:30 radələrində 2024-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) suda boğulma səbəbilə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Tibb müəssisəsinə daxil olarkən azyaşlının həyati göstəriciləri qeydə alınmayıb. Buna baxmayaraq, ona dərhal ürək-ağciyər reanimasiyası və digər zəruri tibbi müdaxilələr həyata keçirilib. Lakin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 13:40 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb”.

Ziya Əmirxanlı