İlham Əliyev atəş açdı - - Video

ilham-eliyev-ates-acdi-
Oxunma sayı: 5344



Ötən gün Ağstafada olan prezident İlham Əliyev Ağstafa Peyntbol və Atıcılıq Mərkəzində yaradılmış şəraitlə tanış olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev bildirib ki, Ağstafa rayonunun Həsənsu çayı sahilində inşa olunan Peyntbol və Atıcılıq Mərkəzində inzibati bina, atıcılıq tirləri, atəş zonaları, təlim mərkəzləri inşa olunub. 2,6 hektar ərazidə inşa edilmiş mərkəzin inzibati binasının ümumi sahəsi 510 kvadratmetr olmaqla ikimərtəbəlidir. Dövlət başçısı həvəskar komandaların şərti döyüşünü izləyib.

İlham Əliyev də peyntbol silahı ilə hədəfə atəş açıb.

O həmçinin oxatanların və stend atıcılarının çıxışlarına baxıb.