Azərbaycan prezidenti İlham Əliyevin facebook səhifəsində maraqlı şəkil paylaşılıb. “Qafqazinfo”nun məlumatına görə, fotoda prezidentin ailəsi ilə birgə Yeni ilə hazırlaşması əks olunub. Belə ki, fotodan göründüyü kimi ölkə başçısı xanımı Mehriban Əliyeva ilə birgə Yeni il “Yolka”sını bəzəyir. Facebookda bir neçə dəqiqə əvvəl paylaşılan həmin foto mindən çox istifadəçi tərəfindən bəyənilib və paylaşılıb. Fotoya gələn şərhlərdə isə ölkə başçısının bu addımı sadəlik nümunəsi olaraq dəyərləndirilib.
Onu da qeyd edək ki, prezident İlham Əliyev iki gün sonra doğum gününü qeyd edəcək.
Son xəbərlər
Son Xəbərlər