İlham Əliyev yeni universitetin yaradılmasına sərəncam verdi

ilham-eliyev-yeni-universitetin-yaradilmasina-serencam-verdi
Oxunma sayı: 722

Bu gün prezident İlham Əliyev İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin; universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar dövlət büdcəsindən vəsaitin ayrılmasını nəzərdə tutsun; universitetin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görsün.

Sərəncamda Təhsil Nazirliyinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanmasını təmin etmək tapşırılıb.