İlham Əzizin ilk romanının təqdimatı olacaq

ilham-ezizin-ilk-romaninin-teqdimati-olacaq
Oxunma sayı: 431

Yazıçı İlham Əzizin “Qəvvas” adlı ilk romanının təqdimat mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, həm təqdimat, həm də imza mərasimi aprelin 11-də saat 16:00-da LIBRAFF mağazalar şəbəkəsinin “Park Akademiya” filialında baş tutacaq.

Qeyd edək ki, “Qəvvas” romanı insanın bəlalar içərisində saflaşaraq yenidən doğulması, özünü tapması mövzusundan bəhs edir.