İlin son dəhşətli cinayəti - Arvadına 9 bıçaq vurdu, qaçdı

ilin-son-dehsetli-cinayeti
Oxunma sayı: 7819

Şirvanda dəhşətli bıçaqlanma hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, Şirvan polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə saat 17.00 radələrində Şirvan şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Hüseynova Xanpəri Xanoğlan qızı həyat yoldaşı, Salyan rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Aslan Yaşılxan oğlu tərəfindən bıçaqlanıb.

9 bıçaq zərbəsi alan 21 yaşılı qadın ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Qadın döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə cərrahiyyə əməliyyatına götürülüb. A. Əsədov hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hazırda məhkəmədə onların boşanma məsələsinə baxılır.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.