“İmamzadə kompleksi”ndə intihara cəhd etdi

imamzade-kompleksinde-intihara-cehd-etdi
Oxunma sayı: 2192

Gəncədə “İmamzadə kompleksi”ndə intihara cəhd edilib.

“Qafqazinfo”nun məlumatına görə, 1967-ci il təvəllüdlü şəhər sakini M.Paşayeva dini abidə kimi tanınan kompleksə gəlib. Həmin ərazidə 3 litr sirkə içərək özünü öldürmək istəyib.

Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində o, xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır.

Həmin şəxsin hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Amin Nəzərli