İqbal Məmmədov 5 aya 268 min borc ödəyib

iqbal-memmedov-5-aya-268-min-borc-odeyib
Oxunma sayı: 8100

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var.

“Qafqazinfo”nun məlumatına görə, şirkətin cari ilin fevral ayına borcu 9 666 469.63 AZN təşkil edib.

Araşdırmalar nəticəsində məlum olub ki, ötən 5 ay ərzində şirkətin vergi borcundan sadəcə, 268 692.88 AZN ödənilib. Hazırda “Kaspi Yıldız”ın dövlətə 9 397 776.75 vergi borcu mövcuddur.

Qeyd edək ki, bir müddət əvvəl şirkətin təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50 faiz payı digər təsisçi Məmmədov İqbal Nəriman oğluna verib. Bununla da “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100 faiz pay ilə Məmmədov İqbal Nəriman oğlu olub.

Qeyd edək ki, bir müddət əvvəl Lerikin deputatı İqbal Məmmədova məxsus olan “Relax” istirahət mərkəzində də vergi yoxlamalarına görə qalmaqal yaşanmışdı. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.

Emin Səfərov