İrandakı etirazlarda iki məşhur aktrisa həbs edildi

irandaki-etirazlarda-iki-meshur-aktrisa-hebs-edildi
Oxunma sayı: 2632

İranlı məşhur aktrisalar Henqame Qaziani və Ketayun Riahi həbs ediliblər.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, onlar ölkənin ruhani idarəsinə qarşı etirazçılara dəstəklərini göstərərək başı açıq şəkildə ictimaiyyət qarşısına çıxdıqlarına görə saxlanılıblar.

Buna görə onlar hökumət əleyhinə fəaliyyətdə ittiham olunublar.

Hər iki aktrisa çoxsaylı mükafatların laureatlarıdır.

Qeyd edək ki, Ketayun Riahi məşhur “Həzrəti Yusif” serialında Züleyxa rolunun ifaçısıdır.

Fotoda Ketayun Riahi