İrandan gələn iki nəfər “Semaşko”ya yerləşdirildi

irandan-gelen-iki-nefer-semaskoya-yerlesdirildi
Oxunma sayı: 10528

Bu gün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Bildirilir ki, onlar 1995-ci il təvəllüdlü Azərbaycan və 1998-ci il təvəllüdlü İran vətəndaşlarıdır.

 Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan biraz yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur. Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.