İranın yeni prezidentinin intihar edən oğlunun - dəhşətli məktubu

iranin-yeni-prezidentinin-intihar-eden-oglunun
Oxunma sayı: 5830


 “Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, siyasətçinin böyük oğlu hələ 1992-ci ildə atasının İranın ali dini lideri ayətullah Əli Xameneyi ilə sıx əlaqələrinə etiraz edərək intihar etmişdi.  

Gələcək prezidentin oğlunun ölümündən 20 il sonra Londonda üzə çıxan məktubunda atası ilə bağlı etirafları yer alıb:

“Atamın bütün bunların bir hissəsi olmadığını deyərək dostlarıma hər gün yalan danışmağa məcbur olduğum belə bir mühitdə yaşamağa utanıram. Onlara atamın bu vətəni sevdiyini deyərkən, əslində mən özüm belə bunun həqiqət olmadığını anlayıram. Ata, səni Xameneyinin əllərini öpən görmək  mənə ağırdır”.

Qeyd edək ki, İran mətbuatı bu ölümü gənc adamın qarşılıqsız sevgi üzündən intiharı kimi qələmə vermişdi.