İsa Qəmbərə meyxana qoşdular – Deyişmə

isa-qembere-meyxana-qosdular-deyisme
Oxunma sayı: 1070

Müsavat başqanı İsa Qəmbərin dünən “Azadlıqradiosu”nun “İşdən sonra” verilişindəki müsahibəsindən sonra faceboook sosial şəbəkəsində bir çox tanınmış şəxslərin iştirakı ilə meyxana deyişməsi baş tutub. “Qafqazinfo”nun məlumatına görə, gənc yazar Günel Mövludun açdığı “Azadlıqda Xədicə göynən gedir: İsa Qəmbər seçkiyə nəynən gedir?” qafiyəsinə meyxana deyiblər. Bir çox tanınmış jurnalistlərin də qatıldığı deyişməni ixtisarla təqdim edirik:

Günel Mövlud:


İstəmirəm nə kursu nə vəzifə.
Prezident seçilmişəm bir dəfə.
Emin Milli məni alıb hədəfə.
Hələ cavandı, beyni küləynən gedir!
İsa Qəmbər seçkiyə nəynən gedir?

Partiyanın qurultaya yox yeri,
Olmuşuq bu iqtidara lox yeri
Haydı, Başqan! Eynəyini tax, yeri!
Layiqli xalq seçkiyə Bəynən gedir!
İsa Qəmbər seçkiyə nəynən gedir?!

Biz heyranıq onun həvəs, şövqünə
Yaman çıxır proseslərin fövqünə
Ola bilməz söz Başqanın zövqünə
Mitinqlərə dama-dama köynəynən gedir.
İsa Qəmbər seçkiyə nəynən gedir?

Demokratik seçki mənim bəsimdi.
Vəzife-zad lap köhnə həvəsimdi.
Xalqın səsi elə mənim səsimdi
Od qoyaram, xalq dədəsiynən gedər!
Özbaşına qoysan, xalq səynən gedər!

Azər Ayxan


Başqanın ətrafı şaddı, abaddı
Bunu görməyən göz çaşdı, bərbaddı
Dostlar sevinclidi, düşmənlər çaşdı
Qəmbəri meydanda görənlər qaçdı
Seçkiyə gedirsə qələbə haqdı
Bunu danan varsa, haramzadadı

İlkin Qəmbər


Saxlamıram mən atamın tərəfin.
Deməmişəm heç vaxt onun tərifin.
Maraqlıdırsa işin bu tərəfi:
İsa Qəmbər seçkiyə kimnən gedir?
İsa Qəmbər seckiyə Elçibəynən gedir!

Günel Mövlud


İlkin bəyin nəfəsi açılır get-gedə
Turgut Gambar işi salıb bəd-bədə
Qorxur ki birdən qoşarlar şəbədə
Belə oğulnan xalq hansı bəynən gedər?
Təbii ki, adam üreynən gedər!

Xədicə İsmayıl


Namizəddən jurnalistə nə yoldaş,
Seçən sizsiz, mən də sizə arkadaş
Çətin sual verilməsə, çaşar baş
Yaxşı lider debata ürəynən gedir,
Xədicə kimdir ki, Azadlıqda göynən gedir,
İsa Qəmbər seçkiyə nəynən gedir?

Günel Mövlud


Haji yaman tutuzdurub söhbəti
3 saatdi girinc qoyduq milləti
İsa Qəmbər meyxana deməsə qəti
Şərləyərəm, şər-şəbədəynən gedər!
Onda görərsiz, Başqan nəynən gedir!

Vurğun Əyyub


Axşam-axşam nə qovğadı salmısız,
Yazıb-yazıb lap yuxusuz qalmısız.
Dərin-dərin dəryalara dalmısız,
İlhamınız görürəm göynən gedir,
Nə sualdır seçkiyə nəynən gedir?
Onu sevən millətnən, elnən gedir!!

Gəlin duraq iqtidarın qəsdinə,
Qoy bilsinlər seçicinin qəsdi nə?
Nə düşübsünüz Başqanımın üstünə,
Soruşmayın seçkiyə nəynən gedir,
Onu sevən millətinən, elnən gedir,

İsa Qəmbər

Günel xanım, meyxana əvəzinə mən sizə sms göndərsəm olar?:)

Günel Mövlud


Olmaz belə hava belə küləklə
Ağız şirin olmaz halva deməklə
Pis başqanlar fırıldaqla, kələklə
Yaxşı Başqan lap sms-nən gedər!

İsa Qəmbər:


1985-ci ildə sevdiyim xanıma yazdığım şeirdən bir bənd göndərim?

Günel Mövlud:


1985-ci ilde sevdiyiniz xanımı hələ də sevirsinizsə - göndərin

İsa Qəmbər:


Аида,
ты моя Нефертити,
Клеопатра,
Семирамида,
Не сравнятся с тобой
ни Лорен,
ни Монро,
ни Лолобриджида

Аида,
Будь рядом со мной,
Пожалей своего бедного мюрида
С тобой даже в аду
Обойдусь я без гида.


Səidə