İstanbulda atışmada 4 Azərbaycan vətəndaşı yaralandı - Video

istanbulda-atismada-4-azerbaycan-vetendasi-yaralandi
Oxunma sayı: 8200

İstanbulun Sarıyer bölgəsində yerləşən ticarət mərkəzlərinin birində silahlı insident baş verib.

“Qafqazinfo” “NTV”yə istinadən xəbər verir ki, ticarət mərkəzinin kafesində əyləşən iki qrup arasında mübahisə düşüb. Mübahisə daha sonradan silahlı insidentə qədər böyüyüb.

Hadisə nəticəsində 4 Azərbaycan, 1 Türkiyə və 1 İran vətəndaşının yaralandığı bildirilir.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Hazırda polis mübahisədə iştirak edən digər şəxslərin axtarışını davam etdirir.

Həmçinin oxuyun: Эльчин Садыгов и Аваз Зейналлы доставлены в СИЗО СГБ