İstanbulda - Beşiktaşın Kabataş bölgəsində metro tikintisi zamanı naməlum səbəbdən çökmə baş verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kabataş körpüsü yaxınlığında M7 metro xəttinin 6-cı mərtəbəsində çökmə olub.
Hadisə yerinə çox sayda təcili yardım, polis və yanğınsöndürən briqadaları göndərilib.
Yaralı işçilərdən biri xəstəxanaya aparılıb, xilasetmə əməliyyatları davam edir.
***
Hadisə nəticəsində 3 işçi yaralanıb və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.
İstanbul vilayət səhiyyə müdiri Abdullah Emre Güner sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, çökmə ilə bağlı çağırışdan sonra əraziyə 4 təcili yardım, 2 Milli Tibbi Xilasetmə Qrupu və 16 tibb işçisi cəlb edilib.
“Yaralılardan birinin vəziyyəti qənaətbəxşdir, digər iki işçidə isə çoxsaylı xəsarətlər var. Xəstəxanalarda bütün tibbi müdaxilələr aparılır və klinik vəziyyətləri yaxından izlənir”, - o qeyd edib.
Son xəbərlər
Son Xəbərlər