İTV rəhbərliyi jurnalisti "Facebook"a görə işdən çıxarır

itv-rehberliyi-jurnalisti-quotfacebookquota-gore-isden-cixarir
Oxunma sayı: 5197


"Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist “facebook” hesabında yazıb. Onun sözlərinə görə, buna səbəb “Facebook”da prezident əleyhinə olan paylaşımda işarələnməsidir:

“Hörmətli dostlarım! Ən yaxın saatlarda ölkə prezidenti İlham Əliyevə açıq məktubumun mətniylə tanış olacaqsınız. Məzuniyyətdə olduğum dövrdə tanımadığım bir profil tərəfindən prezidentin kollajına tag edilməyim ucbatından ciddi siyasi təpkilərə məruz qalmışam. Bəyənmədiyim, hətta şərh belə yazmadığım bu kollajı  yayan profil sahibini dərhal blok edərək işarələnmədən çıxmışam. Amma buna baxmayaraq iyulun 9-dan etibarən hər gün işdən könüllü getməyimlə bağlı ərizə istənilir. Qeyd edim ki, bu məsələdə İTV-nin direktor müavini Oqtay Bayramov canfəşanlıq və fəallıq göstərir. Seçki ilində qəsdən ölkədə destabilizasiya yaratmaq istəyənləri ifşa eləmək niyyətindəyəm. Sizlərin hər birinizin başına gələ biləcək bu məsələdə mənə dəstək olmağınızı xahiş edirəm”