İTV Samirəylə bağlı qərar verdi

itv-samireyle-bagli-qerar-verdi
Oxunma sayı: 9702

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, 2021-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Samirə Əfəndi təmsil edəcək. 

Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən may ayında Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.
 
Xatırladaq ki, Əfəndi “Avroviziya-2020” milli seçim turunun qalibi olub.