İTV Səmranın “Eurovision”a gedəcəyini təsdiqlədi

itv-semranin-eurovisiona-gedeceyini-tesdiqledi
Oxunma sayı: 3049

Martın 10–da Azərbaycanı bu ilki “Eurovision” Mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.

İctimai Televiziyadan “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, toplantıda ölkəmizi “Evrovision” mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Azərbaycanı müsabiqədə Səmra Rəhimli təmsil edəcək. O, "Miracle” mahnısını ifa edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl "Qafqazinfo"da builki təmsilçimizin kimliyi ilə bağlı məlumat yayımlanmışdı. Artıq neçənci ildir ki, mediada İTV-nin rəsmi açıqlamasından əvvəl “Eurovision” iştirakçımızın kim olacağı ilə bağlı məlumatlar yayılır.