Gürcüstan baş naziri Bidzina İvanişvili İrəvanda keçirilən mətbuat konfransında gürcü jurnalistin xarici işlər naziri Maya Pandjikidzenin Dağlıq Qarabağ bəyanatı ilə bağlı verdiyi sualdan qəzəblənib. "Qafqazinfo"nun Gürcüstan KİV-nə istinadən verdiyi məlumata görə, "Rustavi-2" telekanalının verdiyi sualı cavablandıran nazir bu məsələyə daha geniş formada toxunmaq istəmədiyini deyib: "Bu məsələ bitib. Sizin telekanal bu haqda bildirib ki, bu məsələ təhrif olunub, lakin sizin onu yenidən qaldırırsınız. Siz ən böyük fəallığı göstərdiniz, iki gün bizi əyləndirdiniz, daha sonra bəyan etdiniz ki, məsələ təhrif olunub. Bu həqiqətən də çətin məsələdir. Yaxın gələcəkdə onun həlli daha çətin olacaq. Biz arzu edirik ki, bu problem tamamilə sülh yolu ilə həll olunsun. Mən istəyirəm ki, iki ölkə də problemin sülh yolu ilə həlli üçün səylərini birləşdirsinlər".
Öz növbəsində xarici işlər naziri Maya Pandjikidze də bəyanat verərək gürcü mediasının onun Litvadakı çıxışını yanlış işıqlandırdıqlarını bildirib. Pandjikidze bildirib ki, onun çıxışında Dağlıq Qarabağ məsələsinə toxunulmayıb: "Mən Dağlıq Qarabağın adını çəkməmişəm. Mənim üçün tamamilə anlaşılmazdır ki, gürcü mediasında niyə görə belə bir ajiotaj yaranıb. Jurnalistlər niyə görə yoxlamadılar ki, əslində nə deyilmişdi. Bundan başqa, başa düşülən deyil, bunu siyasətçilər niyə dəqiqləşdirmədilər".
Onun sözlərinə görə, gürcü mediasında bütün baş verənlər baş nazirin səfərindən öncə Ermənistanla Gürcüstan arasında arzuolunmaz əhval-ruhiyyə yaratmağa yönəlib.
Son xəbərlər
Son Xəbərlər