Kafe-restoranlar bu tarixdən açılır

kafe-restoranlar-bu-tarixden-acilir
Oxunma sayı: 10168

2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.