Kamçatkada güclü zəlzələ oldu

kamcatkada-guclu-zelzele-oldu
Oxunma sayı: 1205

Kamçatkada 5 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidməti məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 113 kilometr məsafədə, 20 kilometr dərinlikdə qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, noyabrın 14-də də Kamçatka sahillərində 6,1 bal gücündə zəlzələ baş vermişdi.