Kamran Ağayev dünyanın ən yaxşı qapıçısı seçildi - - Video

kamran-agayev-dunyanin-en-yaxsi-qapicisi-secildi-
Oxunma sayı: 4253


“Qafqazinfo” Apasport.az saytına istinadən  xəbər verir ki, “Bakı"nın və Azərbaycan millisinin üzvü Kamran Ağayev ilk pilləyə layiq görülüb. Seçimin final mərhələsində 10 ən inamlı qapıçı hərəkəti təyin olunub. 

“Top-10”da Makedoniya, Estoniya, Gürcüstan, Polşa, İsveçrə, Lüksemburq, İtaliya, Finlandiya və Azərbaycan yığmalarının qapıçıları yer alıb. 

10-cu pilləni Stanislav Nomasko (Moldova-İngiltərə) tamamlayıb, estoniyalı Sergey Pareyko (Türkiyə-Estoniya) doqquzuncu, gürcü Giorgi Loriya (Gürcüstan-İspaniya) səkkizinci, polşalı Prjemislav Titon (Polşa-Moldova) yeddinci, isveçrəli Dieqo Benalyo (İsveçrə-Albaniya) altıncı, Lüksemburq millisindən Jonatan Joubert (Lüksemburq-Portuqaliya) beşinci pilləyə sahib çıxıb. Dördüncü mövqe İtaliya yığmasının çərçivə qoruyucusu Canluici Buffona (Bolqarıstan-İtaliya), üçüncü yer fin Lukas Hradeskiyə (Finlandiya-Fransa) qismət olub. 

Gürcüstan yığmasından Giorgi Loriya (Gürcüstan-Belarus) ikinci pillədə qərarlaşıb.

Ağayev isə Portuqaliya-Azərbaycan oyununda qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edib. onun Joao Moutinyonun zərbəsindən sonra dəf etdiyi top sıralamada ilk pilləyə layiq görülüb.