Kamran Əliyev “Crocus”dakı terrordan danışdı

kamran-eliyev-crocusdaki-terrordan-danisdi
Oxunma sayı: 1516

“Moskvada “Crocus City Hall”un konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıdıb”.

“Qafqazinfo”nun məlumatına görə, bunu baş prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin baş prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda beştərəfli görüşündə deyib.

Baş prokuror terror aktını şiddətlə qınayıb, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralananlara isə şəfa diləyib.

Xəbəri rus dilində oxuyun: ЦРУ отправило разведке РФ данные о теракте с пометкой “срочно”

Xatırladaq ki, martın 22-si baş verən terror aktı zamanı 144 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb.

Sail Ağasəlim