“Kapital Bank”dakı basqının- - Təfərrüatı+sürücü inkassator həbs olundu

kapital-bankdaki-basqinin-
Oxunma sayı: 5734


 DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bankda baş verən basqın faktı təhrif olunub: 

“Əslində isə filialın Hikmət Əliyev adlı sürücü inkassatoru oğurluq etmək məqsədi ilə iş vaxtı içəridə gizlənib. Hikmət Əliyevin məqsədi işçilər gedəndən sonra bankda oğurluq planını reallaşdırmaq olub. 

Belə ki, iş vaxtından sonra filialda xidmət aparan mülki mühafizəçi Hamlet Şıxəliyev gecə saatlarında içəridən gələn səsi eşidib və Hikmət Əliyevin içəridə olduğunu görüb. Sürücü-inkassator mühafizəçiyə bıçaqla hücum edib. Onlar əlbəyaxa olublar. Bu zaman filialın mülki mühafizəçisi Hamlet Şıxəliyevin üzərindəki tabel silahı açılıb və mühafiçəzi özünü yaralayıb. Hikmət Əliyev isə hadisə yerindən qaçıb”.

Ehsan Zahidov qeyd edib ki, hadisə baş verəndən dərhal sonra Abşeron rayon Mühafizə Polis İdarəsinin əməkdaşları Hikmət Əliyevi saxlayaraq istintaqa təhvil veriblər.