Keçmiş əri 25 yaşlı qadını qətlə yetirdi - Yenilənib

kecmis-eri-25-yasli-qadini-qetle-yetirdi
Oxunma sayı: 5180

Mingəçevirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərova keçmiş əri Yasin Məhərrəmov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Y.Məhərrəmov polis əməkdaşları tərəfindən tutulub.

***

Mingəçevir Şəhər Prokurorluğu da qətllə bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın  öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Amin Nəzərli