Kəlbəcərdə yük maşını dərəyə aşdı - Yaralılar var

kelbecerde-yuk-masini-dereye-asdi
Oxunma sayı: 1261

Bu gün Kəlbəcər rayonunun Nadirxanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, 2005-ci il təvəllüdlü Laçın sakini Fərid Əmrahov “Mercedes Atego” markalı yük avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən dərəyə aşıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan 2004-cü il təvəllüdlü Beyləqan sakini Nihad Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Yunis Quliyev