“Kəmaləddin Heydərovla sinif yoldaşı olmağım yalandır”

kemaleddin-heyderovla-sinif-yoldasi-olmagim-yalandir
Oxunma sayı: 819

Baş memar açıqlama verərək bildirib ki, mənim avtomoblim 28 yanvar tarixdə gecə saat 03:02 radələrində güclü enerji verdiyindən alışıb yanıb: “Yanğın nəticəsində avtombilin ön hissəsi yanıb, qalan hissəsi isə xəsarət almayıb. Avtomobilin kimlərsə tərəfindən yandırılması yanlış informasiyadır. Avtomobilimin yanmasının səbəbkarı özüm olduğum üçün hüquq mühafizə orqanlarına müraciət etməmişəm”.

Sahibkarların narazılığına gəldikdə isə Tahir Rüstəmov bildirib ki, Neftçala rayonun mərkəzində Heydər Əliyev prospektində yaşıllıq zonasında ağacların arasında tikilən 24 ədəd mağaza qanunsuz olduğu üçün vətəndaşların razılığı ilə sökülərək başqa əraziyə köçürülməsi üçün yer verilib. Yeni tikilən bütün mağazaların səndələrini qanuna müvafiq olaraq mağaza sahiblərinə təqdim edilib.

“Mənim nazir Kəmaləddin Heydərovla sinif yoldaşı olmağım yalandır. Mən K.Heydərovu bir nazir kimi tanıyıram, bundan əlavə heç bir qohumluq və tanışlıq əlaqəmiz yoxdur”, - deyə şöbə müdiri sözlərinə əlavə edib. /SİA/