Keşlədə Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılması etirazlara səbəb oldu - Video

keslede-sehidler-xiyabani-yaxinliginda-gece-klubu-acilmasi-etirazlara-sebeb-oldu
Oxunma sayı: 7660

Gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsində gərginlik olması barədə görüntülər yayılıb.

“Qafqazinfo”nun məlumatına görə, iddia olunub ki, qəsəbə ərazisində Şəhidlər xiyabanı yaxınlığında gecə klubu açılıb və etiraz məhz buna görədir.

Hadisə yerinə dərhal polis əməkdaşları da gəlib.

Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev saytımıza açıqlama verib.

“Hüquq çərçivəsində tərəfləri narahat edən hallar və onun xüsusatları araşdırılır”, - o bildirib.