Abşeron rayonunun Xırdalan şəhərində qətl törədilib.
"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Gənclər Şəhərciyində qeydə alınıb.
İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadının aldığı xəsarətlərdən öldüyü deyilir. Cinayətin uşaqların gözü qarşısında baş verdiyi bildirilir.
Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
***
Abşeron rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Ramil Məmmədov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.
R.Muradovanın keçmiş ərinin onun öz bibisi oğlu olduğu bildirilir.
Qeyd edək ki, 1 gün əvvəl eyni rayonda 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyeva 1984-cü il təvəllüdlü əri Qaçay Şahməmmədov tərəfindən qətlə yetirilmişdi.