Koronavirus şübhəsi ilə karantinə alındı, xəstəxanadan qaçdı

koronavirus-subhesi-ile-karantine-alindi-xestexanadan-qacdi
Oxunma sayı: 9871

Koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən 33 yaşlı qadın oradan qaçıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Rusiyanın Sevastopol şəhərində qeydə alınıb.

Belə ki, virusa yoluxma şübhəsi ilə karantinə alınan qadın  xəstəxanada heç bir gün də qalmayıb. Xəstəxananı tərk edən rusiyalı bu planı həyata keçirmədən öncə Rostov vilayətinə gedəcəyini bildirib.

Onun tapılması üçün federal axtarış elan olunsa da, bu, hələlik heç bir nəticə verməyib.