Koronavirusa yoluxan Mirvari Fətəliyeva ilə bağlı - Açıqlama

koronavirusa-yoluxan-mirvari-feteliyeva-ile-bagli
Oxunma sayı: 10378

Koronavirusa yoluxmuş Paris Azərbaycan Evinin Prezidenti Mirvari Fətəliyevanın vəziyyəti stabildir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun sədr müavini Mehri Quliyeva yayıb. Onun sözlərinə görə, M. Fətəliyeva bir neçə gündür ki, ev şəraitində müalicə olunur:

“Mirvari xanım bir neçə gündür virusa yoluxub, vəziyyəti ağır deyil, stabildir. Ev şəraitində müalicə olunur. Biz Fransada yaşayan Azərbaycan vətəndaşları ilə daim əlaqədəyik. Hələlik riskli bir vəziyyət müşahidə olunmayıb”.

Qeyd edək ki, son məlumata əsasən, Fransada 5 Azərbaycan vətəndaşı koronavirusa yoluxub.