Koronavirusla bağlı səsyazısını yayan həkim imiş...

koronavirusla-bagli-sesyazisini-yayan-hekim-imis
Oxunma sayı: 11478

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxmuş insanların Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayan şəxsin həkim olduğu məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Haqqin.az” saytı məlumat yayıb.

Qeyd olunub ki, görülən tədbirlər nəticəsində Bakıda koronavirusun olması barədə yalan məlumat yayan şəxs müəyyən edilib. Onun həkim olduğu ortaya çıxıb. 

Adı açıqlanmayan şəxs sorğuya dəvət olunub. Niyə bu cür məlumat yaydığı soruşulduqda isə zarafat etmək istədiyini bildirib.

Ona yanlış məlumat yaydığına görə məsuliyyət daşıdığı xəbərdarlıq edilib və sərbəst buraxılıb.

Hüquq-mühafizə orqanları Azərbaycanda koronavirus haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinənlərin hamısının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirlərini davam etdirir.