Koronavirusun miqyası böyüyür - İndi də bu ölkədə tapıldı

koronavirusun-miqyasi-boyuyur
Oxunma sayı: 10264

Dominikan Respublikasına gələn İtaliya vətəndaşında koronavirus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Listin Diario” qəzeti ölkənin Səhiyyə naziri Rafael Sançes Kardenasa istinadən xəbər verib.

Nəşrin məlumatına görə, kişi respublikanın şərqində yerləşən Ramon de Lara hərbi xəstəxanasına yerləşdirilib.

Elə həmin xəstəxanada daha bir əcnəbi koronavirus şübhəsi ilə yatır. 56 yaşlı fransızın koronavirusa yoluxması hələ təsdiqini tapmayıb.