Korrupsiyaya qarşı Mübarizə İdarəsi onu da saxladı

korrupsiyaya-qarsi-mubarize-idaresi-onu-da-saxladi
Oxunma sayı: 8325

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

Baş Prokurorluğun Mətbuat xidməti "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Qeyd edək ki, bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Masallı rayon xəstəxanasında da əməliyyat keçirilib. Əməliyyat zamanı xəstəxananın baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov saxlanılıb.